...

Azərbaycan əsgəri xəstəlikdən dünyasını dəyişib

Hadisə Materials 25 Yanvar 2011 11:39 (UTC +04:00)
Hərbi mənbədən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, N saylı hərbi hissənin əsgəri, 18 yaşlı Cəfərov Əliyar Zeydulla oğlu Daxili Qoşunların hospitalında dünyasını dəyişib. Mənbə bildirib ki, əsgər yanvarın 21-də pnevmaniya diaqnozu ilə hospitala qəbul edilib, yanvarın 24-də orada dünyasını dəyişib.
Azərbaycan əsgəri xəstəlikdən dünyasını dəyişib

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili Qoşunlarının əsgəri xəstəlikdən dünyasını dəyişib.

Hərbi mənbədən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, N saylı hərbi hissənin əsgəri, 18 yaşlı Cəfərov Əliyar Zeydulla oğlu Daxili Qoşunların hospitalında dünyasını dəyişib. Mənbə bildirib ki, əsgər yanvarın 21-də pnevmaniya diaqnozu ilə hospitala qəbul edilib, yanvarın 24-də orada dünyasını dəyişib.

Cəfərov ötən ilin oktyabrında Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daxili Qoşunların mətbuat xidmətindən məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti