Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yanvarın 25-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbəsində yerləşən həbsxanada cəza çəkən, 1964-cü il təvəllüdlü Nəsirli Elçin Qorxmaz oğlunun yanına qısa müddətli görüşə gəlmiş qohumu, Bakı şəhər sakini Allahverdiyev Ayaz Vahid oğlunun gətirdiyi sovqata baxış keçirilərkən göy soğanın saplağının içərisində gizlədilmiş iki büküm yaşıl sellofanda olan narkotik maddələr - xalis çəkiləri 0,45 qram marixuana və 1,028 qram heroin aşkar edilərək götürülüb.
Nəsirli Cinayət Məcəlləsinin Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.1; 66.3-cu) maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.