...

Türkiyədə baş vermiş yol qəzasında xəsarət alan altı Azərbaycan vətəndaşından dördü xəstəxanadan buraxılıb - konsul

Hadisə Materials 1 Fevral 2011 12:35 (UTC +04:00)
Türkiyədə baş vermiş yol qəzasından sonra Sivas xəstəxanasına yerləşdirilən altı Azərbaycan vətəndaşından dördü buraxılıb, ikisi isə müalicəsini davam etdirir. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayev deyib.
Türkiyədə baş vermiş yol qəzasında xəsarət alan altı Azərbaycan vətəndaşından dördü xəstəxanadan buraxılıb - konsul

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir S.Ağayeva/

Türkiyədə baş vermiş yol qəzasından sonra Sivas xəstəxanasına yerləşdirilən altı Azərbaycan vətəndaşından dördü buraxılıb, ikisi isə müalicəsini davam etdirir. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayev deyib.

Hazırda Eyvaz Abdullayev və Dürdanə Şükürova Sivas dövlət xəstəxanasında müalicələrini davam etdirirlər, xəsarət alanlardan digər ikisi müalicədən sonra İstanbula yola düşüb, daha iki nəfər isə Azərbaycana qayıdaraq müalicələrini ambulator şəraitdə davam etdirəcəklər, diplomat bildirib.

"İğdırlı Turizm" şirkətinin avtobusu bazar günü gecə saatlarında Türkiyədə yolların buz bağlaması səbəbindən qəzaya uğrayıb.

Avtobusda 31 Azərbaycan vətəndaşı olub, onlardan altısı yüngül xəsarət alıblar və Sivas xəstəxanalarına yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti