Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda Rusiya vətəndaşı qarət olunub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, fevralın 9-da Babək prospektində yerləşən sağlamlıq mərkəzində Rusiya vətəndaşı Andzor İbrahimovun cibindən 50 min rus rublu, şəxsi sənədləri və mobil telefonu oğurlanıb.
Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər - Səbinə Məmmədova və Ağca İsmayılova saxlanlıblar.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.