Qəbələ rayon İcra Hakimiyyətinin məlumatı əlavə olunub (ilk məlumat saat 15:48-də yayılıb)
Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın Qəbələ rayonunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, Qəbələ rayonundan 17 km cənub-qərbdə, 12 ballıq cədvəl üzrə 3-4 bal arası zəlzələ qeydə alınıb.
Zəlzələ bazar ertəsi saat 10:54-də qeydə alınıb.
Qəbələ rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, zəlzələ yüngül hiss olunub, rayon təsərrüfatına və vətəndaşların əmlakına hər hansı zərər vurmayıb.
Qəbələ rayonunda zəlzələ baş verib (ƏLAVƏ OLUNUB)
Azərbaycanın Qəbələ rayonunda zəlzələ baş verib.