...

Azərbaycanın bir neçə rayonunda zəlzələ qeydə alınıb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 14 Mart 2011 16:39 (UTC +04:00)
Azərbaycanın bir neçə rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycanın bir neçə rayonunda zəlzələ qeydə alınıb (ƏLAVƏ OLUNUB-2)

Sonuncu abzas əlavə olunub (ilk xəbər 13:09-da yayılıb)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın bir neçə rayonunda zəlzələ qeydə alınıb.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün yerli vaxtla 11:52-də Şirvan şəhərindən 40 km şimal-şərqdə zəlzələ baş verib. Təbiət hadisəsi 12 ballıq cədvəl üzrə episentrdə 3,5 bala, Şirvan və Hacıqabulda 3, Sabirabadda 2 bala qədər hiss edilib.

İnsan tələfatı və dağıntı yoxdur.

Zəlzələ 4,40 maqnitudada, 26 km dərinlikdə baş verib.

Həmin gün saat 12:14-də Şirvan şəhərindən 35 km şimalda da yeraltı təkan olub. Zəlzələ 12 ballıq cədvəl üzrə episentrdə 3,5 bala, Şirvan və Hacıqaqbulda 3,0 bal, Sabirabadda 2,0 bala qədər hiss edilib. İnsan tələfatı və dağıntı yoxdur.

Saat 12:26-da Şirvan şəhərindən 35 km şimalda daha bir yeraltı təkan qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Həmin ərazidə saat 15:23-də daha bir yeraltı təkan qeydə alınıb. 12 ballıq cədvəl üzrə episentrdə 3 bal gücündə olan yeraltı təkanlar hiss olunmayıb.

Xəbər lenti

Xəbər lenti