...

Gürcüstanda qripdən ölənlərin sayı 40 nəfərə çatıb

Hadisə Materials 15 Mart 2011 10:36 (UTC +04:00)
Gürcüstanda qripdən ölənlərin sayı 40 nəfərə çatıb
Gürcüstanda qripdən ölənlərin sayı 40 nəfərə çatıb

Gürcüstan, Tbilisi, 15 mart /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda qripdən ölənlərin sayı 40 nəfərə çatıb.

Ölkənin Xəstəliklərə Nəzarət Milli Mərkəzindən Trend-ə verilən məlumata görə, ötən sutka ərzində H1N1 virusundan daha iki nəfər ölüb.

Birinci halda xəstəlik xroniki xəstəliklərlə ağırlaşıb, ikinci halda isə ölümə səbəb xəstənin kömək üçün həkimə gec müraciət etməsi olub.

İlin əvvəlindən Gürcüstanda "donuz qripi"ndən 29 nəfər ölüb. Digər 11 nəfər isə qripin A və B tipindən dünyasını dəyişib.

Səhiyyə işçiləri ölkə əhalisini həkimə vaxtında müraciət etməyə və evdə müalicə olunmağa cəhd göstərməməyə çağırırlar.

Xəbər lenti

Xəbər lenti