...

Şamaxıda avtomobil aşıb, ölən və yaralanan var

Hadisə Materials 6 Aprel 2011 13:45 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 5-də saat 18:15 radələrində Şamaxı rayonu ərazisində Bakı şəhər sakini Elşən Sadıqov idarə etdiyi "Hyundai Sonata" markalı avtomaşını aşırıb.
Şamaxıda avtomobil aşıb, ölən və yaralanan var

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Şamaxıda avtomobil aşıb, ölən və yaralanan var.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 5-də saat 18:15 radələrində Şamaxı rayonu ərazisində Bakı şəhər sakini Elşən Sadıqov idarə etdiyi "Hyundai Sonata" markalı avtomaşını aşırıb.

Nəticədə Sadıqov hadisə yerində ölüb, xəsarət almış sərnişini, həmyerlisi Şahin Mənsimov isə xəstəxanaya yerləşdirilib.

Şamaxı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti