...

Hacıqabulda Ukrayna vətəndaşı avtomobil qəzasına düşüb

Hadisə Materials 28 Aprel 2011 12:12 (UTC +04:00)
Hacıqabulda Ukrayna vətəndaşı avtomobil qəzasına düşüb.
Hacıqabulda Ukrayna vətəndaşı avtomobil qəzasına düşüb

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Hacıqabulda Ukrayna vətəndaşı avtomobil qəzasına düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünən saat 19:00 radələrində Hacıqabul rayonu ərazisində, Şirvan şəhər sakini Murad Salmanovun idarə etdiyi "Hyundai Sonata" markalı və Ukrayna vətəndaşı Vadim Xudikin idarə etdiyi "Renault Maqnum" markalı avtomaşınlar toqquşub.

Nəticədə Salmanov və sərnişini - həyat yoldaşı Kəmalə hadisə yerində ölüblər.

Bakıda isə iki avtomobil toqquşub. Aprelin 27-də saat 12:30 radələrində Xətai rayonu ərazisində, Bakı şəhər sakini Nizami İbrahimovun idarə etdiyi "Mercedes" markalı və həmyerlsi Nazim Mailovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.

Nəticədə Mailov aldığı xəsarətdən hadisə yerində ölüb, yaralanmış İbrahimov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti