Azərbaycan, Bakı, 20 may /Trend/
Bakıda Salyan sakinindən külli miqdarda narkotik maddə aşkar edilib. Trend-in Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qaradağ rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun və 11-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini Rafiq İsayevdən 1 kiloqram 400 qram həşiş qətranı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.