...

Gömrük Komitəsi İrandan Azərbaycana daxili orqanlarında narkotik maddə gətirən şəxsləri yaxalayıb

Hadisə Materials 4 İyun 2011 11:48 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi daxili orqanlarında ölkəyə narkotik maddə gətirən şəxsləri yaxalayıb.
Gömrük Komitəsi İrandan Azərbaycana daxili orqanlarında narkotik maddə gətirən şəxsləri yaxalayıb

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycan Dövlət Gömrük Komitəsi daxili orqanlarında ölkəyə narkotik maddə gətirən şəxsləri yaxalayıb. Trend-in məlumatına görə, bu barədə Gömrük Komitəsinin rəsmi saytı məlumat verib.

Azərbaycan vətəndaşları Adıgözəlov Səbuhi Vaqif oğlu və onun bacısı Tağıyeva Vüsalə Vaqif qızı piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən Astara Gömrük İdarəsi Sərnişin şöbəsində gömrük nəzarətinə cəlb edilib.

Adıgözəlovun üzərində aparılmış şəxsi yoxlama nəticəsində onun daxili orqanı - düz bağırsağında şəffaf polietilenə bükülü 3 ədəd yumru-uzunsov formalı bağlamalarda olmaqla, ümumi xalis çəkisi 80.598 qram narkotik vasitə olan heroin və Tağıyevanın üzərində aparılmış şəxsi yoxlama və tibbi müayinə nəticəsində onun daxili orqanından şəffaf polietilenə bükülü 2 ədəd yumru-uzunsov formalı bağlamalarda olmaqla, ümumi xalis çəkisi 54.312 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Xəbər lenti

Xəbər lenti