Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın cənubunda, Cəlilabad rayonunun Alar kəndi yaxınlığında maye qaz daşıyan avtomobil aşıb.
Rayon polis şöbəsinin növbətçi hissəsindən Trend-ə verilən məlumata görə, bir neçə saat öncə baş verən qəza zamanı Cəlilabad-Bakı yolu müvəqqəti bağlanıb.
Növbətçi hissədən bildirilib ki, hadisə zamanı partlayış, yanğın hadisəsi qeydə alınmayıb və xəsarət alan olmayıb.
Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb və qəzanın nəticələri aradan qaldırıldıqdan sonra yolda hərəkət bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.