...

Fövqəladə Hallar Nazirliyi Kürdəmirdə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 5 İyul 2011 13:02 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, Kürdəmir rayonunda "Prado", "Vaz", "Opel" və "Daewoo" markalı 4 minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyi Kürdəmirdə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi Kürdəmirdə baş verən ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, Kürdəmir rayonunda "Prado", "Vaz", "Opel" və "Daewoo" markalı 4 minik avtomobili toqquşub.

Nəticədə "Prado" və "Vaz" markalı avtomobillərdə olan sürücü və 2 sərnişin yaralanıb, "Vaz" markalı avtomobildə olan Fərəcov Fərid və "Opel" markalı avtomobildə olan 2011-ci il təvəllüdlü Abbaszadə Ləman həlak olub. Yaralılar xəstəxanaya aparılıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yolun kənarındakı susuz kanaldan Fərəcovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib, "Prado" markalı avtomobilin sürücüsünə ilkin tibbi yardım göstərib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti