...

Batmış "Bulqariya" teploxodunda Azərbaycan vətəndaşı olmayıb - Tatarıstan FHN

Hadisə Materials 11 İyul 2011 11:46 (UTC +04:00)
Batmış "Bulqariya" teploxodunda Azərbaycan vətəndaşı olmayıb. Bu barədə telefonla Trend-ə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Kazandan məlumat verib.
Batmış "Bulqariya" teploxodunda Azərbaycan vətəndaşı olmayıb - Tatarıstan FHN

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.Tariverdiyeva/

Batmış "Bulqariya" teploxodunda Azərbaycan vətəndaşı olmayıb. Bu barədə telefonla Trend-ə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Kazandan məlumat verib.

"Teploxodun bütün sərnişinlərinin siyahısı bizdə var. Onların hamısı demək olar ki, tatarıstanlıdır, əksəriyyəti Kazandandır. Yelabuqadan, Naberejnıye Çelnıdan da sərnişinlər olub. Bir nəfər yaralı isə Permdəndir", - FHN nümayəndəsi deyib.

Dəqiqləşdirilimiş məlumata görə, bazar günü Volqada batmış "Bulqariya" teploxodunda 196 nəfər olub. Bu barədə bazar ertəsi jurnalistlərə Tatarıstan Prezidenti Rüstəm Minnixanov bildirib.

"196 nəfər teploxodda olanlardır. 15 nəfər isə siyahıda yoxdur (onlar putyovka almayıblar)", - o deyib.

Dövlət başçısının sözlərinə görə, ölənlərdən heç biri hələ ki tanınmayıb.

Hazırda 9 nəfərin meyiti tapılıb.

85 sərnişin, 33 komanda üzvündən 22-si, qeydiyyata alınmamış 18 sərnişindən 6-sı xilas edilib.

Teploxodda olan şəxslərin sayı barədə məlumatlar tez-tez dəyişir.

"Bulqariya" gəzinti teploxodu bazar günü Volqa çayında baş vermiş tufan nəticəsində Kansko-Ustinovski rayonunun Syukeyevo kəndi yaxınlığında batıb.

1955-ci ildə Çexoslovakiyada tikilmiş iki göyərtəli teploxod Bolqar şəhərindən Kazana hərəkət edib. Gəmi Kuybışev su anbarının sahilindən 3 kilometr aralıda, 20 metr dərinlikdədir.

Xəbər lenti

Xəbər lenti