Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda keçmiş məhkumdan 1 kiloqramdan artıq heroin götürülüb.
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini əvvəllər məhkum olunmuş Elşən Kazımovdan 1 kiloqram 28,7 qram heroin götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.