...

Azərbaycanda ağır yol qəzası baş verib, ölən və yaralanan var

Hadisə Materials 17 İyul 2011 22:07 (UTC +04:00)
Azərbaycanın İsmayıllı rayonunda baş verən ağır yol qəzası nəticəsində üç nəfər həlak olub, ölənlərin biri Müdafiə Nazirliyinin zabitidir.
Azərbaycanda ağır yol qəzası baş verib, ölən və yaralanan var

Azərbaycan, İsmayıllı, 17 iyul /Trend/

Azərbaycanın İsmayıllı rayonunda baş verən ağır yol qəzası nəticəsində üç nəfər həlak olub, ölənlərin biri Müdafiə Nazirliyinin zabitidir.

Trend-in bölgə müxbirinin məlumatına görə, bu gün saat 21:00 radələrində İsmayıllı rayonu Buynuz kəndinin ərazisində Müdafiə Nazirliyinin zabiti Sadiq Babayevin idarə etdiyi "Mercedes" markalı avtomobil yol qəzasına düşüb. Nəticədə avtomobildə olan beş nəfərdən üçü - Babayev və iki sərnişin - Adil Salehov və Xalid Ağayev hadisə yerində həlak olub. Digər bir sərnişin isə ağır vəziyyətdə İsmayıllı Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Hadisənin şahidlərinin Trend-ə verilən məlumata görə, qəzanın səbəbi avtomobilin yüksək sürətlə idarə edilməsi olub. Sürücü idarəetməni itirib və maşın yolun kənarındakı meşəyə girərək ağaca çırpılıb.

Hadisə ilə bağlı rəsmi məlumat hələ yayılmayıb.

Xəbər lenti

Xəbər lenti