...

Fövqəladə Hallar Nazirliyi Bakıda binada baş verən uçqunla bağlı məlumat yayıb

Hadisə Materials 20 İyul 2011 13:33 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Səbail rayonu ərazisindəki binada baş verən uçqunla bağlı rəsmi məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyi Bakıda binada baş verən uçqunla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi Səbail rayonu ərazisindəki binada baş verən uçqunla bağlı rəsmi məlumat yayıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri Səbail rayonunda sökülməkdə olan binada uçqun hadisəsi baş verib.

Binanın beton plitələrinin uçması nəticəsində ekskavator və sürücü uçqun altında qalıb.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beton plitələri kəsərək, deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış 1979-cu il təvəllüdlü Rüstəmov Ceyhun Azad oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti