...

Qaradağ rayonu ərazisində yol qəzasında 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Hadisə Materials 27 İyul 2011 13:26 (UTC +04:00)
Qaradağ rayonu ərazisində baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Qaradağ rayonu ərazisində yol qəzasında 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Qaradağ rayonu ərazisində baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 26-da saat 16:00 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində Gəncə şəhər sakini Ziya Əliyev idarə etdiyi "VAZ-21013" markalı avtomaşını qarşıda gedən Ağstafa rayon sakini Eyyub Əsgərovun idarə etdiyi "MAZ" markalı avtokrana vurub.

Nəticədə xəsarət almış Əliyev və sərnişini Bakı şəhər sakini Nurəddin Hacıyev xəstəxanaya yerləşdiriliblər. Hacıyev orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti