...

Dağıstan prezidentinin mətbuat xidmətinin rəhbəri və onun sürücüsü öldürülüb

Hadisə Materials 28 İyul 2011 10:57 (UTC +04:00)
İlkin məlumatlara görə, Mahaçqalada Dağıstan prezidentinin mətbuat xidmətinin və Analitik İnformasiya İdarəsinin rəhbəri Harun Qurbanov və onun sürücüsü öldürülüb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı RİA Novosti-yə respublikanın DİN nümayəndəsi məlumat verib.
Dağıstan prezidentinin mətbuat xidmətinin rəhbəri və onun sürücüsü öldürülüb

Azərbaycan, Bakı, 28 iyul /Trend/

İlkin məlumatlara görə, Mahaçqalada Dağıstan prezidentinin mətbuat xidmətinin və Analitik İnformasiya İdarəsinin rəhbəri Harun Qurbanov və onun sürücüsü öldürülüb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı RİA Novosti-yə respublikanın DİN nümayəndəsi məlumat verib.

"İnsident yerli vaxtla saat 08:15-də Montaşeva küçəsində baş verib. Naməlum şəxslər Qurbanovun "Toyota Camry" avtomobilini atəşə tutublar. İlkin məlumatlara görə, məmur və onunu sürücüsü həlak olub", - agentliyin müsahibi bildirib.

Mahaçqalanın Daxili İşlər İdarəsində olan mənbə RİA Novosti-yə bildirib ki, cinayətkarlar Qurbanova onun evindən çıxaraq maşına tərəf gəldiyi zaman atəş açıblar.

"Hadisə yerində operativ-istintaq qrupu işləyir, təfərrüatlar araşdırılır", - mənbə əlavə edib.

İK-nın Dağıstan üzrə İstintaq İdarəsinin nümayəndəsi Qurbanovun və onun sürücüsünün həlak olmasının sui-qəsd nəticəsində baş verdiyini təsdiqləyib. "Hazırda ilkin təhqiqat aparılır, işlə bağlı bütün vəziyyət dəqiqləşdirilir", - agentliyin müsahibi bildirib.

Qurbanov Harun Məhəmməd oğlu 1962-ci ildə DMSSR-in Dahaday rayonunun Kunki kəndində anadan olub. 1984-cü ildə Dağıstan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Kaspiysk şəhərinin dağ müalicə birliyində həkim terapevt kimi fəaliyyətə başlayıb.

Dağıstan Dövlət Universitetinin aspiranturasını bitirdikdən sonra 1991-ci ildən 2000-ci ilədək baş müəllim, dosent, DDU-nun Tarix və mədəniyyət nəzəriyyəsi kafedrasının professoru səlahiyyətlərinin icraçısı olub. 1993-cü ildən 1997-ci ilədək "Birja xəbərləri" qəzetinin baş redaktoru olub. Elə həmin dövrdən "Bazar kommunikasiyaları agentliyi" İA-ya rəhbərlik edib.

2000-ci ildən 2004-cü ilədək Rusiyanın Mətbuat, teleradoyayım və kütləvi kommunikasiya vasitələri işləri üzrə Şimali Qafqaz Ərazi İdarəsinin baş mütəxəssisi olub.

2003-cü ildə "Dağıstan" Respublika Dövlət Yayım Şirkətinin baş direktoru təyin edilib. 2008-ci ilin oktyabrında Dağıstan prezidentinin əmri ilə Dağıstanın milli siyasət, informasiya və xarici əlaqələr naziri təyin edilib. 2010-cu ildə öz istəyi ilə nazir vəzifəsindən istefa verib. Elə bu ilin martında Dağıstan prezidentinin mətbuat xidmətinin və Analitik İnformasiya İdarəsinin rəhbəri təyin edilmişdi. Fəlsəfə elmləri doktoru idi.

Xəbər lenti

Xəbər lenti