...

FHN: Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, 15 nəfər yaralanıb

Hadisə Materials 9 Avqust 2011 17:28 (UTC +04:00)
Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayış nəticəsində ilkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb, 7 avtomobil yanıb
FHN: Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, 15 nəfər yaralanıb

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayış nəticəsində ilkin məlumata görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 15 nəfər yaralanıb, 7 avtomobil yanıb. Trend-in məlumatına görə, bu barədə FHN-nin rəsmi saytı məlumat yayıb.

Nazirliyin müvafiq qüvvə və texnikası, o cümlədən 2 helikopteri dərhal hadisə yerinə cəlb edilibş, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanacaqdoldurma məntəqəsi və ərazidə olan yanacaqla dolu çənlər, həmçinin, yaxınlıqda dayanmış 1 yanacaq daşıyan yük avtomobili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən saat 15:57-də söndürülüb.

Hazırda ərazidə müvafiq işlər görülür. Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti