...

Bakıda mənzillərdən oğurluq edən keçmiş məhkum tutulub

Hadisə Materials 31 Avqust 2011 13:38 (UTC +04:00)
Bakıda mənzillərdən oğurluq edən əvvəllər məhkum olunmuş şəxs tutulub.
Bakıda mənzillərdən oğurluq edən keçmiş məhkum tutulub

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda mənzillərdən oğurluq edən əvvəllər məhkum olunmuş şəxs tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Ceyhun Muradovun evindən pəncərədən girmək yolu ilə 200 manat oğurlamış İmişli rayon sakini - əvvəllər məhkum olunmuş Sərhəd Nəsirli tutulub.

Onun ətrafında aparılmış əməliyyat-tədbirləri nəticəsində Nəsirlinin avqustun 27-də Aygün Xəlilovanın mənzilindən 1500 manat və qızıl əşyalarını, habelə, avqustun 16-da Əskər Şükürovun evindən 60 manat, 1 ədəd mobil telefon, Tahir Cəlilovun evindən 20 manat, 2 ədəd mobil telefon və 1 ədəd qol saatı oğurlaması da müəyyən edilib.

Nəsirlinin barəsində cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti