...

Bakıda gənc qız özünü 7-ci mərtəbədən atıb

Hadisə Materials 5 Sentyabr 2011 10:28 (UTC +04:00)
Yasamal rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Zahid Xəlilov küçəsi, 32-də yaşayan 1988-ci il təvəllüdlü Nərmin Əliyeva yaşadığı binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Bakıda gənc qız özünü 7-ci mərtəbədən atıb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Yasamal rayonunda 23 yaşlı qız özünü 7-ci mərtəbədən atıb.

Yasamal rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Zahid Xəlilov küçəsi, 32-də yaşayan 1988-ci il təvəllüdlü Nərmin Əliyeva yaşadığı binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Daha bir intihar hadisəsi Goranboyda baş verib. Rayonun Zeynəkənd kəndində 17 yaşlı gənc qız özünü asıb.

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, kənd sakini, 1994-cü il təvəllüdlü Nərgiz Quliyeva yaşadığı evdə özünü iplə asaraq intihar edib.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti