...

"AzEuroTel"ə bomba qoyulması barədə xəbər təsdiq olunmayıb

Hadisə Materials 21 Sentyabr 2011 13:21 (UTC +04:00)
"AzEuroTel"ə bomba qoyulması barədə hüquq-mühafizə orqanlarıan anonim zəng daxil olub.
"AzEuroTel"ə bomba qoyulması barədə xəbər təsdiq olunmayıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

"AzEuroTel"ə bomba qoyulması barədə hüquq-mühafizə orqanlarıan anonim zəng daxil olub.

Fövqəladə Hallar Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonunda yerləşən "AzEuroTel" MMC-nin inzibati binasına partlayıcı qurğu yerləşdirilməsi barədə nazirliyə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıblar.

Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin binada şübhəli əşya aşkar etməyiblər.

Xəbər lenti

Xəbər lenti