...

Bağ evindən külli miqdarda pul oğurlayan şəxs yaxalanıb

Hadisə Materials 4 Oktyabr 2011 11:41 (UTC +04:00)
Bağ evindən külli miqdarda pul oğurlayan şəxs yaxalanıb. Bu barədə çərşənbə axşamı Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bağ evindən külli miqdarda pul oğurlayan şəxs yaxalanıb

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir T.Hacıyev/

Bağ evindən külli miqdarda pul oğurlayan şəxs yaxalanıb. Bu barədə çərşənbə axşamı Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Avqustun 23-dən 26-dək olan müddətdə Bakı şəhər sakini Namiq Səfərova məxsus Zirə qəsəbəsində yerləşən bağ evindən açar seçmə yolu ilə içərisində 5000 manat olan seyf oğurlanmışdı. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zaur Əliyev oktyabrın 3-də yaxalanıb.

Xəbər lenti

Xəbər lenti