...

Naxçıvanda hərbi avtomobil dağdan aşıb: bir əsgər ölüb, 9-u xəsarət alıb

Hadisə Materials 11 Oktyabr 2011 19:29 (UTC +04:00)
Bu gün axşam saatlarında Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Resbuplikasındakı hərbi hissələrindən birinə məxsus hərbi avtomobil dağdan aşıb.
Naxçıvanda hərbi avtomobil dağdan aşıb: bir əsgər ölüb, 9-u xəsarət alıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün axşam saatlarında Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Resbuplikasındakı hərbi hissələrindən birinə məxsus hərbi avtomobil dağdan aşıb.

Hərbi mənbədən Trend-ə verilən məlumata görə, qəza Babək rayonu ərazisində baş verib.

İlkin məlumatlara görə, avtomobildə olan əsgərlərdən biri ölüb, 9 əsgər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qəza əsgərləri daşıyan maşın təlimdən qayıdarkən baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti