Azərbaycan, Bakı, 25 oktyabr /Trend/
Liviyanın Sirt şəhərində yanacaq çəninin partlaması nəticəsində 100-dən artıq insan həlak olub. Trend-in məlumatına görə, bu barədə Frans-Press agentliyi xəbər verib.
Təfərrüatlar hələlik məlum deyil.
Sirt Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin doğma şəhəridir.
Qəddafi oktyabrın 20-də Liviyanın Milli Keçid Şurasının döyüşçülərinə əsir düşərək öldürülüb.