...

Milli Ordunun əsgəri bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Hadisə Materials 27 Oktyabr 2011 15:42 (UTC +04:00)
Milli Ordunun əsgəri bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Milli Ordunun əsgəri bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Milli Ordunun əsgəri bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev cümə axşamı Trend-ə bildirib ki, Sumqayıtdakı N saylı hərbi hissənin əsgəri 19 yaşlı Cavid Əliyev yük maşınının təkərinə hava dolduran zaman təkər partlayıb və nəticədə təkərin çarxının bir hissəsi əsgərin başına dəyib.

Əsgər aldığı xəsarətdən dünyasını dəyişib.

Əliyev 2010-cu ildə Ağdaş rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Xəbər lenti

Xəbər lenti