...

Lənkəranda zəlzələ olub

Hadisə Materials 16 Noyabr 2011 10:57 (UTC +04:00)
Bu gün yerli vaxtla 10:03 radələrində Lənkəran şəhərindən 5 km şimali-qərbdə 3.4 bal gücündə zəlzələ qeydə alınıb
Lənkəranda zəlzələ olub

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün yerli vaxtla 10:03 radələrində Lənkəran şəhərindən 5 km şimali-qərbdə 3.4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə çərşənbə günü Trend-ə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələ hiss olunmayıb.

Bakıda çərşənbə axşamı saat 23:33 radələrində 3 bal gücündə də zəlzələ baş vermişdi.Verilən məlumata əsasən, yeraltı təkanın episentri Bakı şəhərindən 49 km cənubi-şərqdə, Xəzər dənizində olub.

İnsan təlafatı və tikililərdə dağıntı yoxdur.

Xəbər lenti

Xəbər lenti