...

Güclü külək Lənkəranın enerji təsərrüfatında problem yaradıb

Hadisə Materials 24 Noyabr 2011 10:56 (UTC +04:00)
Güclü külək Azərbaycanın Lənkəran rayonunda enerji təsərrüfatında problem yaradıb.
Güclü külək Lənkəranın enerji təsərrüfatında problem yaradıb

Azərbaycan, Lənkəran, 24 noyabr /Trend, müxbir A.Salmanov/

Güclü külək Azərbaycanın Lənkəran rayonunda enerji təsərrüfatında problem yaradıb.

Trend-in bölgə müxbirinin məlumatına görə, dünən gecə saatlarından Lənkəranda əsməyə başlayan güclü külək rayonun inzibati mərkəzində və bir sıra digər yaşayış məntəqələrində enerji təsərrüfatında problemlər yaradıb.

Lənkəran Elektrik Şəbəkəsindən bölgə müxbirimizə verilən məlumata görə, gecə saatlarında bir sıra transformatorlarda və hava xətlərində baş verən qəzalar şəhərin 3, 4, 5, 6 və 9-cu xətlərində enerjinin kəsilməsinə səbəb olub. Bu saatlaradək həmin xətlərin enerji ilə təmin etdiyi yaşayış sahələrində işıq yoxdur.

Rayonda enerjinin bərpası istiqamətində tədbirlər görüldüyü, günorta saatlarınadək işlərin başa çatdırılmasına səy göstəriləcəyi bildirilir.

Hazırda rayonda güclü yağış və arabir sulu qar yağır.

Lənkəran paytaxt Bakıdan 270 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti