...

Son iki gündə Sumqayıtda 5 nəfər dəm qazından zəhərlənib

Hadisə Materials 26 Noyabr 2011 13:04 (UTC +04:00)
Son iki gündə Sumqayıtda 5 nəfər dəm qazından zəhərlənib
Son iki gündə Sumqayıtda 5 nəfər dəm qazından zəhərlənib

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir E.Mehdiyev/

Son iki gündə Sumqayıtda 5 nəfər dəm qazından zəhərlənib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, noyabrın 25-də Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsinin ərazisində yeni tikilmiş evlərdən birində yaşayan Natella Məmmədova, "Qızıl Qum" qəsəbəsində yaşayan Rövşən Əliyev dəm qazından zəhərlənib.

Bundan başqa noyabrın 26-da Sumqayıt şəhər sakinləri Samirə Rüstəmova, Rübabə Qarayeva və bacısı Aytəkin mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara gətiriliblər.

Xəbər lenti

Xəbər lenti