...

FHN: Bakıda iki nəfər dəm qazından boğulub

Hadisə Materials 30 Noyabr 2011 15:54 (UTC +04:00)
Yasamal rayonunda mənzildən kəskin qaz iyinin gəlməsi və evdə olan 2 nəfər vətəndaşın giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya verməməsi barədə məlumat daxil olub.
FHN: Bakıda iki nəfər dəm qazından boğulub

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bakı şəhəri, Yasamal rayonunda mənzildən kəskin qaz iyinin gəlməsi və evdə olan 2 nəfər vətəndaşın giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya verməməsi barədə məlumat daxil olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytna istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş xilasedicilər həmin mənzilə gedən qaz xəttinin vintini bağlayıb, sonra xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından 5-ci mərtəbədə yerləşən həmin mənzilin eyvanına enərək içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən 1936-cı il təvəllüdlü İmran Abdulvahab oğlu Vahabov və onun həyat yoldaşı, 1937-ci il təvəllüdlü Səbinə Bilal qızı Vahabova hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində İmran Vahabovun və Səbinə Vahabovanın öldüyü müəyyən olunub. Qeyd olunan şəxslərin cəsədləri xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:45-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti