...

Yol Polisi Şəkidə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 6 Dekabr 2011 12:37 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsi Şəkidə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Yol Polisi Şəkidə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Respublika Baş Dövlət Yol Polisi İdarəsi Şəkidə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

İdarədən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, dekabrın 5-də saat 14:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonu ərazisindən keçən 58-ci km-də 1960-cı il təvəllüdlü Bakı şəhər sakini Əfraimov Teymur İbrahimoviçin idarə etdiyi "Mazda GX-9" markalı, 10-OM-090 dövlət qeydiyyat nişanlı avtomobil Şəki rayonu istiqamətində hərəkətdə olarkən 1961-ci il təvəllüdlü Balakən rayon sakini, Kərimov Vaqif Yusif oğlunun idarə etdiyi "BMV-730" markalı, 99-BC-699 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki sürücü və "Mazda GX-9" markalı avtomobilin sürücüsü ilə eyni ünvanda yaşayan sərnişini, 1953-cü il təvəllüdlü Əfraimova Lyudmila İbrahimovna hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti