Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir E.Mehdiyev/
Bakıda bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb.
Trend-in çərşənbə axşamı DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 26-da saat 18.31-də naməlum şəxs Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Zəng Mərkəzinə zəng edərək "Maştağa qəsəbəsində bombalar var" deyərək dəstəyi asıb.
Araşdırmalar zamanı zəngin Göyçay rayon sakini Orxan Həbullayev tərəfindən edilməsi müəyyən edilib və o, tutulub.
Bakıda "bomba həyəcanı" yaşanıb
Bakıda bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb
