Azərbaycan, Bakı, 11 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Bakıda 57 yaşlı qadın intihar edib.
Xətai rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, çərşənbə axşamı saat 19:40 radələrində 29/42-ci məhəllə, massiv a, ev 2, mənzil 37-də yaşayan 1955-ci il təvəllüdlü Minəxanım Məmmədova sirkə turşusu içib.
O, Toksikoloji Mərkəzə aparılsa da, həyatını xlas etmək mümkün olmayıb.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.