...

Qazax rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə Materials 28 Yanvar 2012 16:19 (UTC +04:00)
Qazax rayonunun Daş Salahlı kənd sakini Çingiz Xəlilovu qətlə yetirməkdə şübhəli bilinən Vüqar Abdullayev tutulub.
Qazax rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Qazax rayonunun Daş Salahlı kənd sakini Çingiz Xəlilovu qətlə yetirməkdə şübhəli bilinən Vüqar Abdullayev tutulub.

Trend-in şənbə günü DİN-in saytına istinadən yaydığı məlumata görə, yanvarın 27-də Qazax rayonunun Daş Salahlı kəndi ərazisindən kənd sakini Çingiz Xəlilov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş mərhumun həmyerlisi Vüqar Abdullayev tutulub.

Xəbər lenti

Xəbər lenti