...

Miqrantların olduğu gəminin Liviya sahillərində batması nəticəsində 15 nəfər ölüb

Hadisə Materials 28 Yanvar 2012 17:18 (UTC +04:00)
Heyətində miqrantlar olan gəminin Liviya sahillərində batması nəticəsində 15 nəfər ölüb, 40 nəfər isə itkin düşüb.
Miqrantların olduğu gəminin Liviya sahillərində batması nəticəsində 15 nəfər ölüb

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Heyətində miqrantlar olan gəminin Liviya sahillərində batması nəticəsində 15 nəfər ölüb, 40 nəfər isə itkin düşüb. Bu barədə şənbə günü Trend "RİA Novosti"yə istinadən məlumat verir.

"Hadisə Misrat liman şəhəri ərazisində baş verib. Gəmidə somalili miqrantlar olub", - Somalinin Tripolidəki səfiri Əbdülqami Vais agentliyə bildirib.

"Misrat sahillərində 15 cəsəd tapılıb, ölənlər arasında 12 qadın və uşaq var", - Vais qeyd edib.

BMT-nin məlumatına əsasən, 2011-ci ildə Aralıq dənizində təxminən 800 nəfər ölüb və ya itkin düşüb. Afrika ölkələrindən olan miqrantlar qəzalı vəziyyətdə olan dolu gəmilərlə digər ölkələrə çatmağa risk edərək tez-tez gəmi qəzalarının qurbanı olurlar.

Xəbər lenti

Xəbər lenti