...

Azərbaycanda cəzaçəkmə müəssisəsinə soyuq silah keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 31 Yanvar 2012 16:27 (UTC +04:00)
Azərbaycanda cəzaçəkmə müəssisəsinə soyuq silah keçirilməsinin qarşısı alınıb.
Azərbaycanda cəzaçəkmə müəssisəsinə soyuq silah keçirilməsinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 31 yanvar / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda cəzaçəkmə müəssisəsinə soyuq silah keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin Baş idarəsi və 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1968-ci il təvəllüdlü Fətiyev Nazim Kamandar oğlu ilə görüşə gəlmiş qardaşı Faiq Fətiyevin üzərinə baxış keçirilən zaman zavod üsulu ilə hazırlanmış, yaylı açılıb-bağlanan bıçaq aşkar edilərək götürülüb.

Məhkum Fətiyev Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.3.2), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228.4), qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1; 234.4.3) maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib və həmin müəssisədə cəza çəkir.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti