...

Sumqayıtda güclü yanğın olub, ana və uşaqları ölüb

Hadisə Materials 3 Fevral 2012 11:38 (UTC +04:00)
Sumqayıtda güclü yanğın olub, ölənlər var
Sumqayıtda güclü yanğın olub, ana və uşaqları ölüb

Azərbaycan, Bakı, 3 fevral / Trend müxbir K.Zərbalıyeva/

Sumqayıtda güclü yanğın olub, ölənlər var.

Sumqayıt Şəhər Pölis İdarəsindən Trend-ə verilən məlumata görə, fevralın 2-dən 3-ə keçən gecə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, qanunsuz tikilən yaşayış evində yanğın baş verib.

Məlumata görə, bir qadın və iki uşağı yanaraq ölüb.

Hazırda şəhər polis idarəsinin, prokurorluğun və fövqəladə hallar nazirliyinin əməkdaşları hadisə yerində araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti