...

Türkiyədə beş terrorçu məhv edilib

Hadisə Materials 3 Fevral 2012 14:51 (UTC +04:00)
Cümə günü Türkiyənin təhlükəsizlik qüvvələri Kürd Fəhlə Partiyasının (PKK) beş silahlısını məhv edib.
Türkiyədə beş terrorçu məhv edilib

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir A.Tağıyeva/

Cümə günü Türkiyənin təhlükəsizlik qüvvələri Kürd Fəhlə Partiyasının (PKK) beş silahlısını məhv edib. Türkiyənin məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verir.

Əməliyyat Batman şəhəri yaxınlığındakı Kozluk kəndində aparılıb.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub.

PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti