...

Bakıda 16 nəfər dəm qazından zəhərlənib

Hadisə Materials 11 Fevral 2012 10:01 (UTC +04:00)
Ötən gün bakıda 16 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım stansiyalarına müraciət edib.
Bakıda 16 nəfər dəm qazından zəhərlənib

Azərbaycan, Bakı, 11 fevral / Trend müxbir İ.İsabalayeva/

Son bir sutkada Bakıda 16 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım stansiyalarına müraciət edib. Bunu şənbə günü Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib.

Onun sözlərinə görə, həmin şəxslərin 6-ı xəstəxanalara yerləşdirilib.

Ötən gün ərzində 2 avtoqəza baş verib. Həmin hadisələr nəticəsində zərər çəkən 2 nəfər xəstəxanalara yerləşdirilib.

Son 10 gündə qarlı və şaxtalı hava şəraiti hökm sürür. Sinoptiklərin məlumataına görə, şaxtalı və qarlı hava şəraiti fevralın 12-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti