Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir İ.İsabalayeva/
Bakıda 50-55 yaşlı kişi donvurmadan dünyasını dəyişib. Bunu cümə günü Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib.
Onun sözlərinə görə, hadisə Xəzər rayonunun Pirallahı qəsəbəsində baş verib. Dünyasını dəyişən insan küçə həyatı yaşayıb.