Azərbaycan, Bakı, 7 fevral / Trend müxbir İ.İsabalayeva/
Dünən Bakıda yolların buzlu olması ilə əlaqədar 13 nəfər sürüşərək müxtəlif dərəcəli travma alıb. Bunu çərşənbə axşamı Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib.
O bildirib ki, xəsarət alan şəxslərin 12-si xəstəxanalara yerləşdirilib.
Baş həkimin sözlərinə görə, ümumilikdə ötən sutka ərzində təcili tibbi yardım stansiyalarına 1440 müraciət daxil olub. Müraciət edənlərin 156-sı xəstəxanalara yerləşdirilib. Dünən 51 nəfər müxtəlif dərəcəli travma alıb. Onlardan 42-si xəstəxanalara yerləşdirilib.
Həmidov qeyd edib ki, dünən baş vermiş 4 yol nəqliyyat hadisəsi ilə əlaqədar 4 nəfər xəstəxanalara çatdırılıb.