Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir K.Zərbalıyeva/
Bakıda 29 yaşlı oğlanın meyiti tapılıb.
Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Rəsulzadə qəsəbəsi, 10-cu sıra ev 63-də 1983-cü il təvəllüdlü Anar Məmmədovun üzərində zorakılıq əlamətləri olmayan meyiti tapılıb.
İlkin ehtimala görə, onun dəm qazından öldüyü bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.