...

Bakıda gəmidə baş verən partlayışla bağlı ekspertizanın ilkin rəyi açıqlanıb

Hadisə Materials 17 Fevral 2012 15:26 (UTC +04:00)
Bakıda balıqçı gəmisində insan ölümü ilə nəticələnən partlayış yüksək təzyiq nəticəsində əmələ gəlib.
Bakıda gəmidə baş verən partlayışla bağlı ekspertizanın ilkin rəyi açıqlanıb

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda balıqçı gəmisində insan ölümü ilə nəticələnən partlayış yüksək təzyiq nəticəsində əmələ gəlib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Şakir Musayev Trend-ə bildirib ki, hadisə yerində dünyasını dəyişənlər maye qazın partlayışı nəticəsində travmalar və yanıq xəsarətləri alıblar.

Musayevin sözlərinə görə, ekspertizanın sonrakı mərhələsini həyata keçirmək üçün təlimata yuğun müvafiq biomateriallar götürülüb. Laborator cavab alındıqdan sonra məhkəmə tibbi ekspertizasının yekun rəyi açıqlanacaq.

Xatırladaq ki, fevralın 16-da saat 14:00 radələrində Xəzər dənizinin paytaxtın Xətai rayonu ərazisinə aid hissəsində sahildə dayanan "Mərdəkan" balıqçı gəmisində partlayış baş verib.

Hadisə zamanı 1964-cü il təvəllüdlü gəmi kapitanı Hacı Xanbutayev, 1965-ci il təvəllüdlü matros Maarif Ağayev, mexanik Sahib Beydullayev və 1960-cı il təvəllüdlü qaynaqçı Mehman Hacıyev həlak olub.

Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti