...

İranda şadlıq evində 150 məktəbli dəm qazından zəhərlənib

Hadisə Materials 28 Fevral 2012 14:08 (UTC +04:00)
Bu gün səhər İranın paytaxtı Tehranın yaxınlığında yerləşən Reyşəhrdə 150 məktəbli və onların valideynləri şadlıq evlərinin birində keçirilən şənlikdə dəm qazından zəhərlənib.
İranda şadlıq evində 150 məktəbli dəm qazından zəhərlənib

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İranın paytaxtı Tehranın yaxınlığında yerləşən Reyşəhrdə 150 məktəbli və onların valideynləri şadlıq evlərinin birində keçirilən şənlikdə dəm qazından zəhərlənib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Məlumata əsasən, hadisə bu gün yerli vaxtla 11:09-da baş verib. Hadisə yerinə yanğın söndürənlər gəliblər, zəhərlənən şəxslər xəstəxanaya çatdırılıblar. Zəhərlənənlərdən 40 nəfəri 9 yaşlı məktəbli qız uşaqlarıdır ki, onlardan 11 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti