Azərbaycan, Bakı, 2 mart / Trend müxbir K.Zərbalıyeva/
Bakıda 33 yaşlı qadın özünü asaraq intihar edib.
Xəzər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Buzovna qəsəbə sakini, 1979-cu il təvəllüdlü Nigar Davudova yaşadığı evin vanna otağında özünü mələfə ilə asaraq öldürüb.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Bakıda gənc qadın özünü asaraq intihar edib
Bakıda 33 yaşlı qadın özünü asaraq intihar edib.
