...

Bakı Polisi dələduzluqla məşğul olan şəxsi saxlayıb

Hadisə Materials 2 Mart 2012 12:09 (UTC +04:00)
Bakı Polisi dələduzluqla məşğul olan şəxsi saxlayıb.
Bakı Polisi dələduzluqla məşğul olan şəxsi saxlayıb

Azərbaycan, Bakı, 2 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakı Polisi dələduzluqla məşğul olan şəxsi saxlayıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Allahyar Əliyev tutularaq istintaqa təhvil verilib.

Məlumata görə, Əliyev bir qrup şəxslə əlbir olaraq vətəndaşları işə düzəltmək adı ilə aldadaraq onların 100 min ABŞ dolları məbləğində pulunu mənimsəyib.

Xəbər lenti

Xəbər lenti