...

Bakıda polisə müqavimət göstərən keçmiş məhkumlar tutulub

Hadisə Materials 5 Mart 2012 13:08 (UTC +04:00)
Bakıda əvvəllər məhkum olunmuşlar polislərə bıçaqla müqavimət göstərib.
Bakıda polisə müqavimət göstərən keçmiş məhkumlar tutulub

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda əvvəllər məhkum olunmuşlar polislərə bıçaqla müqavimət göstərib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 4-də Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin sahə inspektorları polis baş leytenantı Mahir Rəhimov və polis leytenantı İlkin İmanov gecə gəzintisində olarkən, sərxoş halda olan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ruslan Rəcəbovdan, Zamir Səlimovdan və Ruslan Əhmədovdan şübhələndikləri üçün onlara yaxınlaşıb sənədlərini göstərmələrini tələb ediblər.

Bu zaman onlar tabeçilik göstərməyərək, dəmir parçası və bıçaqla polisə qarşı müqavimət göstəriblər.

Müqavimət göstərən keçmiş məhkumlar tutulub.

Xəbər lenti

Xəbər lenti