...

Azərbaycanın İranla sərhəd bölgəsində külli miqdarda narkotik vasitə aşkarlanıb

Hadisə Materials 6 Mart 2012 12:44 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lənkəran şəhər polis şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Boladı kənd sakini Eldəniz Nəsirov 3 kiloqram tiryəki və 4 kiloqram həşiş qətranını satarkən tutulub
Azərbaycanın İranla sərhəd bölgəsində külli miqdarda narkotik vasitə aşkarlanıb

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın İranla sərhəd bölgəsində yerləşən Lənkəran rayonunda külli miqdarda narkotik vasitə aşkarlanıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lənkəran şəhər polis şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Boladı kənd sakini Eldəniz Nəsirov 3 kiloqram tiryəki və 4 kiloqram həşiş qətranını satarkən tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti