...

Abşeronda yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 6 Mart 2012 15:14 (UTC +04:00)
Bakı-Şamaxı yolunun 25-ci kilometrliyində, Abşeron rayonu ərazisində "Mitsubishi Pajero" markalı maşın dərəyə aşıb.
Abşeronda yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Rəsmi məlumat əlavə olunub (ilk xəbər saat 14:42-də yayılıb)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Şamaxı yolunun 25-ci kilometrliyində, Abşeron rayonu ərazisində "Mitsubishi Pajero" markalı maşın dərəyə aşıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi Rafiq Həsənov Trend-ə bildirib ki, hadisə zamanı sürücü, 1967-ci il təvəllüdlü Nəbiyev Mahir Tahir oğlu, sərnişinləri - 1967-ci il təvəllüdlü Şirinov Azər Qaçay oğlu, 1946-cı il təvəllüdlü Əliyev Nadir Əli oğlu, onun həyat yoldaşı, 1948-ci il təvəllüdlü Ananova Mayram Seprakova hadisə yerində keçiniblər.

Adıçəkilən şəxslər Bakı şəhər sakinləridir və yaxın tanışlar olublar.

Hadisə Bakıya gələrkən baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti